...

Qarabağ Universitetinin konsepti təsdiqlənib - Nazir

Cəmiyyət Materials 5 İyul 2024 15:40 (UTC +04:00)
Qarabağ Universitetinin konsepti təsdiqlənib - Nazir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Qarabağ Universitetinin konsepti təsdiqlənib.

Trend xəbər verir ki, bunu dördüncü "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsində çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Qarabağ Universitetinə baxış keçirib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixili sərəncamı ilə Qarabağ Universiteti yaradılıb. Yeni yaradılmış Qarabağ Universitetində dərslərin 2024-cü ilin 15 sentyabr tarixindən başlanması nəzərdə tutulur. Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq olunub. 15 fevral 2024-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb.

Qarabağda ali təhsil ənənəsi tarixən mövcud olub. 1969-cu ildə Qarabağda ilk ali təhsil müəssisəsi Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuşdu. 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdi. İşğal dövründə isə fəaliyyəti dayandırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti