Bakı. Trend:
Türkiyənin 29 rayonunda Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib.
Trend xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, əməliyyat zamanıp 108 nəfər saxlanılıb.
Qeyd edək ki, bir müddət bundan öncə Ədirnədə Türkiyədən Yunanıstana qaçmaq istəyən 9 nəfər saxlanılmışdı.
Onlardan 5-nin FETÖ üzvü olduğu bildirilmişdi.