...

Böyük Britaniyanın axtarışa verdiyi muzdlu qatil Ermənistanda saxlanıldı

Dünya xəbərləri Materials 5 İyul 2024 15:51 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın hüquq-mühafizə orqanlarının axtarışa verdiyi Eymi Betro adlı muzdlu qatil Ermənistanda saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 44 yaşlı killer qadın Kotay vilayətinin Proşyan kəndində saxlanılıb.

Eymi Böyük Britaniyada sifarişli qətldə və qanunsuz silah saxlamaqda ittiham olunur. Ermənistan Baş Prokurorluğu və Böyük Britaniya tərəfi qatilin saxlanılması barədə məlumatlandırılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti