Bakı. Trend:
“Qarabağ” futbolçuları azarkeşləri ilə görüşüb
Trend İdman.biz-ə istinadən xəbər verir ki, komandanın fan-şopunda baş tutan görüşdə klubun beş üzvü iştirak edib.
Mərasimdə Bəhlul Mustafazadə, Abdullah Zubir, Musa Qurbanlı, Olavio Juninyo və Kevin Medina azarkeşlərlə şəkil çəkdirib və imza veriblər. Sonda 5 azarkeşə "Qarabağ"ın imzalı forması hədiyyə edilib. Püşkatma yolu ilə seçilən qaliblər “Qarabağ”ın oyunçuları tərəfindən mükafatlandırılıb.