Bakı. Trend:
“Qarabağ” təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Azərbaycan çempionu Tirol bölgəsində hazırlıq keçəcək. Qurban Qurbanovun komandasının 4 yoldaşlıq oyunu nəzərdə tutulub.
Ağdam təmsilçisi iyulun 9-da saat 14:30-da " Kayzerslautern" (Almaniya), həmin gün saat 20:00-da isə "Viktoria Plzen" (Çexiya) klubları ilə üz-üzə gələcək. Digər yoldaşlıq oyunlarındakı rəqiblər hələlik dəqiqləşməyib.
Qeyd edək ki, “Qarabağ”ın Avstriya toplanışı iyulun 17-dək davam edəcək.