...

Belçika minalardan təmizləmə üçün Azərbaycana 250 min avro ayırıb

Siyasət Materials 4 İyul 2024 23:19 (UTC +04:00)
Belçika minalardan təmizləmə üçün Azərbaycana 250 min avro ayırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belçika Azərbaycana işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətlərini dəstəkləmək üçün 250 min avro (459 533 AZN) ayırıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi Qaya Məmmədov "X" səhifəsində bildirib.

"Minalar keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz qayıtmasına əsas maneədir. Bu yardım insan həmrəyliyinin rəmzi və ikitərəfli münasibətlərimizdə müsbət addımdır”, - diplomat yazıb.

Xəbər lenti

Xəbər lenti