...

Energetika Nazirliyi II rübdə 51 icazə verib

Energetika Materials 4 İyul 2024 14:23 (UTC +04:00)
Energetika Nazirliyi II rübdə 51 icazə verib

Bakı. Trend:

2024-cü ilin 2-ci rübü ərzində Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 51 icazə verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan 33-ü ixrac nəzarətinə düşən malların idxalı, 1-i ixracı, 15-i tranziti, 1-i elektrik enerjisinin istehsalı, 1-i isə mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların dövriyyəsinə icazə ilə bağlı olub.

Hesabat dövründə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti