...

Transfer qaydalarını pozan Azərbaycan klubu cəzalanıb

İdman Materials 5 İyul 2024 13:54 (UTC +04:00)
Transfer qaydalarını pozan Azərbaycan klubu cəzalanıb

Bakı. Trend:

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

U-16 Liqasında “Sabah”a qarşı matçda “Sumqayıt”ın futbolçusu Əli Bədəlzadə hakimin icazəsi olmadan meydana daxil olduğuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bu üzdən oyunçu 1 matçlıq cəzalandırılıb.

Həvəskarlar liqasının 1/8 final mərhələsinin “Ramana” – “Lokomotiv Baku” görüşünün nəticəsi ləğv edilib. “Ramana”nın heyətində Haqverdi Həsənovun keçidi zamanı yarışın transfer qaydaları pozulduğuna görə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti