...

“Araz-Naxçıvan”ın Çempionlar Liqasında rəqibləri müəyyənləşib

İdman Materials 4 İyul 2024 17:50 (UTC +04:00)

Bakı. Trend:

UEFA-nın İsveçrənin Nyon şəhərindəki iqamətgahında Çempionlar Liqasının 2024/2025 mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan çempionu “Araz-Naxçıvan”ın da rəqibləri bəlli olub.

Təmsilçimiz ilk mərhələdə H qrupunda “Uddevalla” (İsveç), “Sillamae Silla” (Estoniya) və “Sparta” (Belfast, Şimali İrlandiya) ilə qarşılaşacaq.

Oyunlar avqustun 20-25-də İsveçdə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti