...

Tramp Latın Amerikasında narkotik kartellərinə qarşı hərbi koalisiya yaradıldığını elan edib

Dünya xəbərləri Materials 8 Mart 2026 10:39 (UTC +04:00)
Tramp Latın Amerikasında narkotik kartellərinə qarşı hərbi koalisiya yaradıldığını elan edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Latın Amerikası ölkələrində narkotik qaçaqmalçılığına qarşı mübarizə aparmaq məqsədi daşıyan hərbi koalisiya yaradıldığını bildirib.

Trend xəbər verir ki, bu barədə Tramp Florida ştatında bir neçə Latın Amerikası ölkəsinin liderləri ilə görüş zamanı danışıb.

“Bu tarixi gündə cinayətkar narkotik kartellərinə qarşı mübarizə aparacaq yeni bir koalisiya elan etmək üçün toplaşırıq”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, təşəbbüsün iştirakçıları narkotik qaçaqmalçılarını zərərsizləşdirmək üçün ordudan istifadə edilməsinin vacibliyi barədə razılığa gəliblər.

Görüşdə Braziliya və Meksika təmsil olunmayıb. Trampın sözlərinə görə, Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-nin narkotik kartellərinə qarşı mübarizə ilə bağlı təkliflərini rədd edib.

Xəbər lenti

Xəbər lenti