...

“Sumqayıt”ın rəqibində yeni futbolçu

İdman Materials 5 İyul 2024 12:29 (UTC +04:00)

Bakı. Trend:

“Sumqayıt”ın Konfrans Liqasında rəqibi olan “Fehervar” klubu heyətinə yeni futbolçu qatıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, macarlar 27 yaşlı yarımmüdafiəçi Bedi Bense ilə gücləniblər.

Futbolçu yerli “Zalaeqerseq”dən transfer olunub. O, azad agent kimi “Fehervar”a keçib. Bense Macarıstan çempionatında meydana çıxdığı 141 oyunda 7 qolla yadda qalıb.

Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında ilk oyun iyulun 25-də Sumqayıtda, cavab matçı ayın 31-də səfərdə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti