...

Qazaxıstan nümayəndəsi ŞƏT Baş katibi təyin edilib

Siyasət Materials 4 İyul 2024 14:53 (UTC +04:00)
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstanın keçmiş müdafiə naziri Nurlan Yermekbayev 2025-2027-ci illər üzrə ŞƏT-in Baş katibi təyin edilib.

Trend xəbər verir ki, müvafiq qərar ŞƏT-in Astana sammitində qəbul olunub.

Qeyd edək ki, 2023-cü ilin yanvarından Yermekbayev ŞƏT-in Baş katibinin müavini vəzifəsini tutub. Ondan əvvəl prezident köməkçisi və Təhlükəsizlik Şurasının katibi, din və vətəndaş cəmiyyəti məsələləri naziri olub.

ŞƏT sammiti çərçivəsində imzalanmış sənədlərlə tam tanış olmaq üçün linkə daxil olun.

Qeyd edək ki, 2024-cü il iyulun 4-də Qazaxıstanın sədrliyi ilə Astanada Müstəqillik Sarayında ŞƏT sammiti keçirilir.

Tədbirdə Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Azərbaycan, Qətər, BƏƏ, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları, həmçinin ŞƏ-in Baş katibi və regional ŞƏT antiterror strukturunun icraçı direktoru iştirak edir.

Sammitdə həmçinin BMT-nin Baş katibi və Müstəqil Dövlətlər Birliyi (MDB), İslam Əməkdaşlıq Tə.kilatı (İƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi Komissiyası (AİK) və Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatı (IOFS) kimi beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.

ŞƏT sammiti ilk dəfədir ki, "ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası " və "ŞƏT+" iclası formatında keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti