...

Rahil Məmmədov “Radomyak”da

İdman Materials 5 İyul 2024 00:38 (UTC +04:00)
Rahil Məmmədov “Radomyak”da

Bakı. Trend:

Azərbaycanlı müdafiəçi Rahil Məmmədov karyerasını Polşada davam etdirəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, “Radomyak”la 2 illik müqavilə imzalayıb.

Rahil yanvar ayında Polşanın LKS klubuna transfer olunub. O, komandanın güclülər liqasını tərk etməsindən sonra Lodz təmsilçisi ilə yollarını ayırıb.

Məmmədov “Radomyak”la danışıqları yekunlaşdıraraq 2 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçunun yeni klubu son mövsümdə Ekstraklasanı 38 xalla 15-ci pillədə başa vurub.

Qeyd edək ki, Rahil ötən mövsümün ikinci hissəsində LKS-in heyətində 16 oyunda forma geyinib.

Xəbər lenti

Xəbər lenti