...

Gəncədə ikimərtəbəli yaşayış binada yanğın olub

Hadisə Materials 5 İyul 2024 09:09 (UTC +04:00)

Bakı. Trend:

Gəncə şəhərində ikimərtəbəli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və 2-ci mərtəbəsində ümumi sahəsi 77 m² olan dörd otaqlı mənzilin eyvanı 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, binanın və mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti