Bişkek. Trend:
Qırğızıstan prezidenti Sadır Japarov Azərbaycana işgüzar səfərə yola düşüb.
Trend bu barədə Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.
"Səfər çərçivəsində dövlət başçısı iyulun 6-da keçiriləcək Dövlət başçısı Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcək. Təşkilatın dövlət başçılarının növbədənkənar iclasının mövzusu "Nəqliyyat, rabitə və iqlim dəyişikliyi ilə mübarizə vasitəsilə dayanıqlı gələcəyin təmin edilməsidir", - mətbuat xidmətinin məlumatında deyilir.
Nümayəndə heyətinin tərkibinə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev, Qırğız Respublikasının Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, eləcə də nəqliyyat və kommunikasiyalar naziri Tilek Tekebayev daxildir.
Qeyd edək ki, iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Görüş mühüm məsələlərin və təşkilatın gündəliyinin yüksək səviyyədə müzakirəsi üçün platforma olaraq çıxış edəcək.
Görüşün sonunda Qarabağ bəyannaməsinin, eləcə də bir sıra digər vacib sənədlərin imzalanacağı gözlənilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)