...

Biləcəridə fərdi yaşayış evi yanıb (VİDEO) (YENİLƏNİB)

Hadisə Materials 5 İyul 2024 03:56 (UTC +04:00)
Biləcəridə fərdi yaşayış evi yanıb (VİDEO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi yaşayış evində yanğın olub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

XXX

01:40

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yanğın başlayıb.

Trend xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Yanğınla bağlı təfərrüatlı məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti