Bakı. Trend:
Türkiyənin Aydın əyalətinin Bozdoğan və Nazilli bölgələrindəki yeddi fərqli ərazidə baş verən meşə yanğını nəticəsində 10 hektar sahəyə ziyan dəyib.
Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, yanğına səbəb şimşək çaxması olub. Təcili müdaxilə nəticəsində yanğınlar söndürülüb.
İnsan tələfatı barədə hələlik məlumat yoxdur.