...

Şuşada yaşayış binaları ilə bağlı 17 milyon manatlıq LAYİHƏ

İqtisadiyyat Materials 8 May 2025 16:15 (UTC +04:00)
Şuşada yaşayış binaları ilə bağlı 17 milyon manatlıq LAYİHƏ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın azad olunmuş digər əraziləri ilə yanaşı, Şuşa şəhərində də hissə-hissə bərpa, yenidənqurma və quruculuq işləri aparılmaqdadır.

Trend-in məlumatına görə, Türk dünyasının mədniyyət paytaxtı olan Şuşa şəhərinin D-4 yaşayış massivində (1-ci mərhələ) tikintisi nəzərdə tutulan 4, 5, 6, 7, 8, 9 nömrəli yaşayış binalarının tikinti işləri həyata keçiriləcək.

Belə ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində artıq bununla bağlı müvafiq işlərə start verilib.

Qurum hazırda sözügedən işləri yerinə yetirəcək şirkət axtarışındadır.

Eyni zamanda, qurum görüləcək işlərin 17,3 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti