...

Hindistan Pakistana zərbələr endirib: ölən və yaralılar var

Dünya xəbərləri Materials 9 May 2025 12:36 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistan ordusunun Kəşmirin Pakistana aid hissəsinə endirdiyi artileriya zərbələri nəticəsində 5 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Pakistanın İnformasiya naziri Attaullah Tərar bəyanat yayıb.

Məlumata görə, ölənlərdən birinin 12 yaşlı qız olduğu bildirilir. Rəsmi İslamabad Hindistan ordusunu mülki obyektləri hədəfə almaqda ittiham edir.

Pakistan ordusunun rəsmiləri Hindistanın bu həmləsinə qarşılıq olaraq “güclü cavab zərbələrinin” endirildiyini, təmas xəttindəki Hindistanın 3 postunun vurulduğunu açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti