...

Xaçmazda “Heydər Əliyev - müstəqilliyimizin və suverenliyimizin banisi” adlı konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 8 May 2025 17:39 (UTC +04:00)
Xaçmazda “Heydər Əliyev - müstəqilliyimizin və suverenliyimizin banisi” adlı konfrans keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədər “Heydər Əliyev- müstəqilliyimizin və suverenliyimizin banisi” adlı konfrans keçirilib.

Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, konfrans iştirakçıları əvvəlcə Ümumilli Lider Heydər Əliyevin abidəsi önünə gül dətələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Xaçmaz rayonu Heydər Əliyev mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətinə dair fotostendlərlə tanışlıq olub.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, müasir Azərbaycan tarixinin böyük bir dövrü görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə əlaqədardır.

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, Xaçmaz rayonu Heydər Əliyev mərkəzinin direktoru Könül Əsgərova, şəhid anası Natavan Tarverdiyeva, Vətən Müharibəsi iştirakçısı Niyaməddin Qədirov və “Ən yaxşı təqdimat” respublika müsabiqəsinin qalibi Mövlüd Əhmədov Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə respublikamız və xalqımız üçün müstəsna xidmətlər göstərib, həmin dönəmlərdə bütün sahələr inkişaf edib.

Konfransda Ulu öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” respublika müsabiqəsinin qalibi olan Mövlüd Əhmədov Fəxri Fərman və xatirə hədiyyəsi ilə mükafatlıandırılıb.

Sonda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Məşələ çevrilən həyat” filmi nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti