Bakı. Trend:
Amerikalı kardinal Robert Prevo yeni Roma Papası oldu.
Trend xəbər verir ki, o, XIV Leo adını götürüb.
Qeyd edək ki, Robert Prevo tarixdə ABŞ-dan olan ilk Papadır. O, 1955-ci ildə Çikaqoda anadan olub.
Xatırladaq ki, təxminən 1 saat öncə Vatikanın Sikstin kapellasının bacasından ağ tüstü çıxıb. Bu da yeni Roma Papasının seçilməsini ifadə edir.
Bundan öncə iki dəfə bacadan qara tüstü çıxmışdı, yəni kardinallar yeni Roma Papasının seçilməsində razılağa gələ bilməmişdilər.