...

Azərbaycanın üzvi kimyəvi birləşmələrin ixracından əldə etdiyi gəlir məlum olub

İqtisadiyyat Materials 9 May 2025 10:35 (UTC +04:00)
Azərbaycanın üzvi kimyəvi birləşmələrin ixracından əldə etdiyi gəlir məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan 28,3 milyon ABŞ dolları dəyərində 90,7 min ton üzvi kimyəvi birləşmələr ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 5,5 milyon ABŞ dolları və ya 24,2% çox, həcm baxımından isə 26,8 min ton və ya 22,8% azdır.

Hesabat dövründə üzvi kimyəvi birləşmələr ixracı ölkənin ümumi ixracının 0,44%-ni təşkil edib.

Eyni zamanda, 2025-ci ilin yanvar-mart ayları ərzində isə ölkəyə 10,3 milyon ABŞ dolları dəyərində üzvi kimyəvi birləşmələr idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqyaisədə 5,3 milyon ABŞ dolları və ya 33,9% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti