Bakı. Trend:
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Krefeld şəhərində geyim mağazalarının birində işləyən əfqan miqrant müdirini qətlə yetirib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxs iş gününün sonunda mağazanın 41 yaşlı qadın müdiri ilə birlikdə pulları sayarkən qəfildən ona bıçaqla ağır xəsarətlər yetirib.
Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Şübhəli şəxs pulları götürərək qaçmağa çalışarkən küçədə polis əməkdaşlarına rast gəlib və dərhal saxlanılıb.
Hadisə ilə bağlı istintaq qrupu yaradılıb və təhqiqat aparılır.