...

Sənaye parklarının rezidentləri indiyədək 511 milyon manatdan çox vəsaitə qənaət ediblər

İqtisadiyyat Materials 8 May 2025 15:41 (UTC +04:00)
Sənaye parklarının rezidentləri indiyədək 511 milyon manatdan çox vəsaitə qənaət ediblər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 511 milyon manatdan çox vəsaitə qənaət ediblər.

Bu barədə Trend İZİA-ya istinadən xəbər verir.

Məlumata görə, sözügedən güzəştlər nəticəsində rezidentlər təkcə bu ilin yanvar-mart aylarında isə 7,3 milyon manat vəsaitə qənaət edilib.

Xatırladaq ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən, eləcə də gömrük rüsumundan azad edilirlər. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılmış sənaye zonalarında fəaliyyət göstərən sahibkarlar da istehsal prosesində istifadə etdikləri bir sıra xammal və materialların idxalına görə 10 il müddətinə əlavə dəyər vergisindən azad ediliblər. Bununla yanaşı, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi qədər dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti