Bakı. Trend:
Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə danışıq zamanı Ukrayna böhranının tez bir zamanda həlli və onu yaradan səbəblərin aradan qaldırılmasının tərəfdarı olduğunu bildirib.
Trend-in məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyi xəbər verib.
"Si Cinpin qeyd edib ki, Ukrayna böhranı ilə bağlı Çin ümumi, hərtərəfli, əməkdaşlıq və davamlı qlobal təhlükəsizlik konsepsiyasına sadiqdir və hesab edir ki, bütün ölkələrin ağlabatan təhlükəsizlik fikirləri nəzərə alınmalı və böhranın əsas səbəbləri aradan qaldırılmalıdır", - deyə bildirilib.
Çin lideri qeyd edib ki, Çin sülhü təşviq etmək üçün bütün səyləri alqışlayır və dialoq yolu ilə ədalətli, davamlı, məcburi və məqbul sülh sazişinə nail olmağa ümid edir.