Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Ukraynada 30 günlük atəşkəslə bağlı daha əvvəl səsləndirdiyi fikri hələ də yaxşı variant hesab edir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "True Social" sosial şəbəkəsində yazıb.
"Rusiya və Ukrayna ilə danışıqlar davam edir. ABŞ ideal olaraq ilkin şərt olmadan 30 günlük atəşkəsə çağırır. Ümid edirik ki, biz nəticədə məqbul və əməl edilən atəşkəs görəcəyik, hər iki ölkə isə bundan sonra birbaşa danışıqlar aparmaq üçün məsuliyyəti öz üzərinə götürəcək", - deyə o bildirib.
Eyni zamanda, D.Trampın sözlərinə görə, “atəşkəs rejiminə əməl olunmasa, ABŞ və tərəfdaşları əlavə sanksiyalar tətbiq edəcək”.
Tramp vurğulayıb ki, o, “avropalılarla birlikdə” Ukrayna nizamlanması üzərində işləməyə sadiqdir.