...

Bu ölkə Rusiya tankerlərinə qarşı "tarixin ən sərt" sanksiyalarını elan edib

Dünya xəbərləri Materials 9 May 2025 11:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya hökuməti Rusiyanın neft tankerlərinə qarşı “tarixin ən sərt” sanksiyalar paketini elan edib. Rusiyanın kölgə donanması ilə əlaqədar yardılan qara siyahıya 100 tanker daxil ediləcək.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, 2024-cü ilin əvvəlindən etibarən sözügedən tankerlər ümumilkdə 24 milyard dollardan çox dəyərdə yük daşıyıb. Onların bəziləri isə dənizin altından keçən kritiki-əhəmiyyətli kabel sisteminə zərər vurub.

Nazirlər Kabinetindən qeyd edilib ki, Britaniya sualtı infrastruktura təkcə telekommunikasiya kabelləri vasitəsilə təmin olunan rabitə baxımından deyil, həm də elektrik enerjisi, neft və qaz kimi həyati əhəmiyyətli enerji resurslarının tədarükündə güclü şəkildə bağlıdır.

Yeni sanksiyaların şifahi olaraq bu gün Britaniya baş naziri Kir Starmer tərəfindən Osloda keçiriləcək Birləşmiş Ekspedisiya Qüvvələrinin (JEF)sammitində elan ediləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti