Bakı. Trend:
Şimali Koreya ölkə lideri Kim Çen Inın rəhbərliyi altında bütün bölmələrin təcili olaraq nüvə əks-hücumuna hazır vəziyyətə keçməsi üçün təlimlər keçirib.
Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verib.
Məlumata əsasən, təlimlərdə 600 mm-lik uzunmənzilli çoxsaylı buraxılış raket sistemi və "Hvason-11" taktiki ballistik raketindən istifadə edilib.
Bildirilib ki, təlimin məqsədinə nail olunub.