...

ABŞ gələn həftə Çindən idxal olunan mallara rüsumları endirə bilər

Dünya xəbərləri Materials 9 May 2025 04:31 (UTC +04:00)

Bakı. Trend:

ABŞ gələn həftə Çindən idxal olunan mallara rüsumların 145 faizdən 50 faizə endirilməsini elan etməyi düşünür.

Trend-in məlumatına görə, bu barədə "New York Post" qəzeti mənbələrə istinadən xəbər verib.

"Danışıqlar zamanı onları 50 faizə endirmək niyyətindədirlər", - deyə nəşrin həmsöhbəti bildirib.

Qeyd edilib ki, ABŞ və Çin nümayəndələri arasında ticarət danışıqları həftənin sonunda İsveçrədə başlayacaq. ABŞ rəsmiləri razılığın əldə olunması prosesinin uzun sürəcəyini düşünürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti