...

Rubio Hindistan və Pakistan arasında gərginliyin dərhal azaldılmasına çağırış edib

Dünya xəbərləri Materials 8 May 2025 23:01 (UTC +04:00)
Rubio Hindistan və Pakistan arasında gərginliyin dərhal azaldılmasına çağırış edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar və Pakistanın baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus bildirib.

Məlumata əsasən, danışıqlar zamanı Marko Rubio gərginliyin dərhal aradan qaldırılmasının vacibliyini vurğuladı və Vaşinqtonun Yeni Dehli ilə İslamabad arasında birbaşa dialoqa dəstəyini ifadə etdi.

"Dövlət katibi gərginliyin dərhal azaldılmasının vacibliyini vurğulayıb. O, ABŞ-nin Hindistan və Pakistan arasında birbaşa dialoqa dəstəyini ifadə edib və rabitəni yaxşılaşdırmaq üçün səyləri davam etdirməyə çağırıb", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti