...

Mövsümün son “El-Klasiko”sunu idarə edəcək hakim müəyyənləşib

İdman Materials 8 May 2025 20:11 (UTC +04:00)
Mövsümün son “El-Klasiko”sunu idarə edəcək hakim müəyyənləşib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə İspaniya La Liqasının XXXV turunda keçiriləcək “Barselona” – “Real Madrid” oyununun hakimi açıqlanıb.

Trend İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəsmi saytına istinadən xəbər verir ki, mövsümün son “El-Klasiko”su Alexandro Xose Ernandes Ernandesə tapşırılıb. Mayın 11-də təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

Hazırda Kataloniya klubu 79 xalla turnir cədvəlinə başçılıq edir. Əzəli rəqibindən 4 xal geri qalan Madrid təmsilçisi 2-ci pillədə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti