...

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb - DİN

Gündəm Materials 9 May 2025 10:27 (UTC +04:00)
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb - DİN
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 8-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 139, o cümlədən borclu şəxs qismində axtarışda olan 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti