Bakı. Trend:
Azərbaycan və Vyetnam arasında İT, rəqəmsallaşma, texnologiyalar və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
“Bakıda səfərdə olan Vyetnam Sosialist Respublikasının elm və texnologiya naziri Nguyen Manh Hung ilə görüşdük.
Ölkələrimiz arasında İT, rəqəmsallaşma, texnologiyalar və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.
Eyni zamanda, Vyetnam İT şirkətlərinin gələcəkdə Azərbaycanda fəaliyyət göstərməsi barədə fikir mübadiləsi apardıq”, - deyə paylaşımda qeyd olunub.