...

İnsanlar heyvanların dilini başa düşəcək – Yeni ixtira

Maraqlı Materials 8 May 2025 14:58 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Süni İntellekt heyvanların dilini insan dilinə çevirəcək.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Çinin süni intellekt “nəhəngi” sayılan “Baidu” heyvanların çıxardığı səslərin insanın anlaya bildiyi dilə tərcüməsini həyata keçirən texnologiyanın patenti üçün aidiyyəti qurumlara müraciət edib.

Bu qabaqcıl tərcümə metodu konkret növlərin səsləri, bədən dilləri, davranışları və digər bioloji siqnallarının məcmu məlumatlarına əsaslanır. Sistem emosiyaları müəyyənləşdirmək məqsədilə verilənlər bazasında olan informasiyanı təhlil edəcək və nəticə etibarı ilə onu hədəf dilinə çevirəcək.

“Baidu”nun gələcəkdə heyvan dili tərcümə tətbiqini satışa çıxarıb çıxarmayacağı ilə bağlı məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti