...

Azərbaycan Çindən kürü idxalını artırıb

İqtisadiyyat Materials 9 May 2025 09:33 (UTC +04:00)
Azərbaycan Çindən kürü idxalını artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycana Çindən 1,14 ton nərə balığının kürüsü idxal edilib.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun idxalına çəkilən xərc 343,32 min ABŞ dolları olub.

Çindən nərə balığının kürüsünün idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 240 kiloqram, yaxud da 26,7%, dəyər ifadəsi ilə 73,92 min ABŞ dolları və ya 27,4% artıb.

Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycana Çindən 0,9 ton miqdarında, 269,4 min ABŞ dolları dəyərində nərə balığının kürüsü idxal edilib.

Hesabat dövründə Çindən alınmış nərə balığının kürüsünün bir kiloqramının orta idxal qiyməti 301,1 ABŞ dolları olub ki, bu da, illik müqayisədə 1,8 ABŞ dolları və ya 0,6% çoxdur. 2024-cü ilin eyni dövründə bu qiymət 299,3 ABŞ dolları idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti