...

Ailə Konsepsiyasını ilin sonuna qədər hazır etməyə çalışacağıq - Bahar Muradova

Cəmiyyət Materials 9 May 2025 12:00 (UTC +04:00)
Ailə Konsepsiyasını ilin sonuna qədər hazır etməyə çalışacağıq - Bahar Muradova
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Çalışacağıq ki, Ailə Konsepsiyası ilin sonuna qədər hazır olsun.

Trend xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin sədri Bahar Muradova bu gün Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri bildirib ki, bu, olduqca mürəkkəb sənəddir:

"Ailə Konsepsiyasını hazırlayarkən dünya təcrübəsini öyrənməyə çalışdıq. Bəzi ölkələr istisna olmaqla, əksər dövlətlərdə bununla bağlı sənəd yoxdur. Daha əvvəl müəyyən xalqlar və dövlətlər sözügedən konsepsiyaya ehtiyac duymayıb. Ancaq hazırda dünyada gedən proseslər, xüsusilə milli və ənənəvi dəyərlərin aşınması, milli identikliyə olan təhlükələrin genişləndiyi və hər cür təzyiqlərin olması bir çoxlarımızın düşünməyə vadar etdi. Bilirsiniz ki, biz milli kimliyinə, tarixinə, bağlı xalqıq. Ona görə də sənədin qəbulu vacibdir".

B.Muradova bildirib ki, hazırkı ənənələri gələcək nəsillərə də ötürməliyik.

"Nə qədər müasir cəmiyyətə qovuşsaq da, yeniliklərin, inkişafın gözəl nəticələri olsa da, biz bu inkişaf yolunu milli kimliyimiz, dəyərlərimiz, mədəniyyətimiz və tariximiz üzərindən keçməliyik. Babalarımızdan aldığımız irsi gələcək nəsillərə ötürməyi təmin etməliyik. Bu baxımdan konsepsiyanın qəbulu çox vacibdir və Dövlət Komitəsi bu yöndə xeyli iş görüb. Sənədin hazırlaması prosesində vətəndaş cəmiyyəti nümayəndələrinin, ziyalıların, bu sahə üzrə mütəxəssislərin rəyini öyrənmək üçün görüşlər keçirmiş, təkliflərini və rəylərini öyrənmişik. Həmçinin digər dövlət qurumlarının öhdəlikləri və təklifləri öyrənilməkdədir. Hazırda işçi qrupu fəaliyyət göstərir və ölkədə ailə siyasətini təmin edən əlaqədar orqanlar prosesə cəlb olunublar. Vaxtaşırı görüşlərimiz olur. Sənəd yekunlaşdıqdan sonra qurumlardan rəy alıb aidiyyatı üzrə təhvil verəcəyik", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti