...

Pakistanda 150-yə yaxın hava reysi təxirə salınıb

Dünya xəbərləri Materials 9 May 2025 14:22 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanla Hindistan arasında münaqişənin eskalasiyası fonunda Pakistanda azı 149 hava reysi təxirə salınıb.

Trend xəbər verir ki, bu barədə Pakistanın “Geo TV” telekanalı məlumat yayıb.

Təxirə salınmış aviareyslərin 42-si paytaxt İslamabaddan, 36-sı Lahordan, 34-ü Karaçidəndir.

Məlumatda qeyd olunur ki, hökumətin uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirdiyi profilaktik tədbirlər, o cümlədən, hava məkanının bağlanması ümumilikdə 200-dən çox aviareysin vaxtına təsir edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti