Bakı. Trend:
Şri-Lankada hərbi helikopterin qəzaya uğraması nəticəsində altı hərbçi həlak olub.
Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, helikopter su anbarına düşüb.
Qəza zamanı helikopterdə on hərbçi olub.
Hələlik qəzanın səbəbi haqqında məlumat verilməyib.