...

Bill Qeyts bütün varidatını ianə edəcək

Dünya xəbərləri Materials 9 May 2025 09:50 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı milyarder, “Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts 2045-ci ilə qədər xeyriyyə fondu vasitəsilə 200 milyard dollara yaxın varidatını ianə edəcəyini elan edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

69 yaşlı milyarder bildirib ki, az qala bütün sərvətindən imtina etmək planlarını sürətləndirir və fondunu əvvəlki planlaşdırılan tarixdən illər əvvəl – 2045-ci il dekabrın 31-də bağlayacaq.

Qeytsin sözlərinə görə, bu vəsait poliomielit və malyariya kimi xəstəliklərin aradan qaldırılması, qadınlar və uşaqlar arasında qarşısı alınan ölümlərin sona çatdırılması və qlobal yoxsulluğun azaldılması kimi hədəflərinə çatmağa yardım edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti