Bakı. Trend:
Koreya Xalq-Demokratik Respublikasının ordusu ölkə lideri Kim Çen Inın rəhbərliyi altında ballistik raketin buraxılışı ilə müşayiət olunan hərbi təlimlər keçirib
Trend xəbər verir ki, bu barədə KXDR-in dövlət informasiya agentliyi məlumat yayıb.
“Hörmətli yoldaş, Kim Çen In uzaqmənzilli artilleriya və raket sistemləri ilə zərbə endirilməsi üzrə birgə təlimlərə rəhbərlik edib,” – məqalədə bildirilir.
Qeyd olunur ki, təlimlərin məqsədi bölmələrə artilleriya və raket sistemlərindən istifadə qaydalarını aşılamaq olub.