...

Nəqliyyatda nağdsız ödəniş sistemində yaranan problem aradan qaldırılıb? - AÇIQLAMA

Cəmiyyət Materials 9 May 2025 11:11 (UTC +04:00)
Nəqliyyatda nağdsız ödəniş sistemində yaranan problem aradan qaldırılıb? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 07:42-08:26 aralığında Nağdsız Ödəniş Sistemində gediş haqqının QR ödənilməsində çətinlik yaşanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, səbəb QR generasiyasında texniki problemin yaranmasıdır.

"Hazırda problem aradan qaldırılıb və sərnişinlər ictimai nəqliyyatda ödənişləri QR yaratmaqla həyata keçirə bilirlər", - qurumdan bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti