Bakı. Trend:
Bu ilin birinci rübündə Azərbaycanda 24,7 min xarici ticarət iştirakçısı olub.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 min və ya 4,8% çoxdur. Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda 23,6 min xarici ticarət iştirakçısı olub.
Xarici ticarət iştirakçılarının 17,6 mini fiziki şəxslər, 7,1 mini hüquqi şəxslər olub ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 1 000 ədəd (5,8%) və 170 ədəd (2,5%) çoxdur.
Bununla yanaşı, hüquqi şəxslərin 120-si dövlət sektorunun, 7 mini özəl sektorun payına düşüb. Bunlar əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 26 ədəd (17,8%) az, 196 ədəd (2,9%) çoxdur.
Qeyd edək ki, xarici ticarət iştirakçılarına istehsalçı kateqoriyalı hüquqi və fiziki şəxslər, dövlət satınalmaları müəssisələri, xarici investisiyalı müəssisələr, birgə müəssisələr, françayzinq lisenziyalı hüquqi və fiziki şəxslər, distribüterlər, dilerlər, partnyorlar, topdansatış müəssisələri, pərakəndə satış müəssisələri, qeyri-ticarət xidmət müəssisələri (banklar, maliyyə təşkilatları, fondlar və s.) daxildir.