...

Tramp ABŞ-də zəngin insanlar üçün vergilərin artırılmasını təklif edib

Dünya xəbərləri Materials 9 May 2025 08:40 (UTC +04:00)

Bakı. Trend:

Mayın 7-də ABŞ prezidenti Donald Tramp Nümayəndələr Palatasının spikeri Mayk Consona ildə ən azı 2,5 milyon dollar qazananlar və ya illik gəliri ən azı 5 milyon dollar olan ailə cütlükləri üçün ən yüksək vergi dərəcəsinin 37 faizdən 39,6 faizədək qaldırılmasını təklif edib.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" və "The New York Times" agentlikləri mənbələrə istinadən bildiriblər.

Məlumata əsasən, D.Tramp həmçinin vençur kapitalı və özəl kapital fondu menecerlərinə şamil edilən daşınan faiz üzrə vergi güzəştlərini aradan qaldırmaq istəyini təsdiqləyib.

Bildirilib ki, Nümayəndələr Palatasının Vergi Komitəsinin sədri Ceyson Smitin mayın 9-da Trampla görüşü və ona vergi ilə bağlı qanun layihəsinin prezidentin prioritetlərinə cavab verəcəyini deməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti