Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycana Rusiyadan 9,23 ton miqdarında, 46,16 min ABŞ dolları dəyərində təbii bal idxal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, Rusiyadan təbii bal alışı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 2,71 ton və ya 22,7%, dəyər ifadəsi ilə 13,56 min ABŞ dolları, yaxud 22,% azalıb.
Belə ki, 2024-cü ilin ilk iki ayında Rusiya Azərbaycana 11,94 ton miqdarında, 59,72 min ABŞ dolları dəyərində təbii bal satmışdı.
Qeyd edək ki, hesabat dövründə Azərbaycana 41 ton miqdarında, 196 min ABŞ dolları dəyərində təbii bal idxal edilib. Bu məhsul, əsasən, Ukrayna, Türkiyə və Rusiyadan alınıb.