...

AMB "Payriff"ə icrası məcburi göstəriş verib

İqtisadiyyat Materials 8 May 2025 15:41 (UTC +04:00)
AMB "Payriff"ə icrası məcburi göstəriş verib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı "Payriff" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) icrası məcburi göstəriş verib.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

“Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 3.2-ci və 4.2-ci bəndləri ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, bundan əlavə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq "Payriff" QSC-yə icrası məcburi olan göstəriş verilib”, - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti