...

Aİ Ukraynaya 1 milyard avroluq maliyyə yardımı edib

Dünya xəbərləri Materials 8 May 2025 18:45 (UTC +04:00)
Aİ Ukraynaya 1 milyard avroluq maliyyə yardımı edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı dondurulmuş Rusiya aktivlərindən əldə olunan reinvestisiya gəlirlərindən Ukraynaya 1 milyard avro köçürüb.

Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının iqtisadi məsələlər üzrə ali nümayəndəsi Valdis Dombrovskis öz “X” səhifəsində məlumat paylaşıb.

“Bu gün biz Rusiya aktivlərindən əldə olunan gəlirlərdən ibarət, Yeddilik Qrupu tərəfindən hazırlanmış 45 milyard avroluq proqram çərçivəsində Ukraynaya daha 1 milyard avro köçürdük”, - o bildirib.

Dombrovskis qeyd edib ki, 2025-ci ildə Ukrayna bu proqram çərçivəsində artıq 6 milyard avro alıb və Avropa Komissiyası gələcəkdə ona əlavə 12 milyard avro köçürməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti