Bakı. Trend:
Apreldə Çinin xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb.
Trend xəbər verir ki, bu barədə Çinin Baş Gömrük Administrasiyası açıqlama yayıb. Bu dövrdə ixrac 9,3 faiz, idxal isə 0,8 faiz çoxalıb. İxracda əsas yeri (təxminən 60 faiz) maşınqayırma, elektronika məhsulları tutub.
İlin 4 ayında ölkənin xarici ticarəti 2,4 faiz çoxalaraq 14,14 trilyon yuana çatıb. İxrac 7,5 faiz artsa da, idxal 4,2 faiz azalıb.