...

Premyer Liqanın 34-cü turu: Bu gün keçiriləcək futbol oyunlarının AFİŞASI

İdman Materials 9 May 2025 09:35 (UTC +04:00)
Premyer Liqanın 34-cü turu: Bu gün keçiriləcək futbol oyunlarının AFİŞASI
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Misli Premyer Liqasında 34-cü tura start veriləcək.

Trend xəbər verir, günün yeganə oyununda “Sabah” “Şamaxı”nı qəbul edəcək.

“Bank Respublika Arena”dakı qarşılaşma saat 19:00-da başlayacaq.

“Sabah” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Asif Əliyev
“Bank Respublika Arena”, 19:00

Paytaxt klubu 41 xalla beşinci, bölgə təmsilçisi 36 xalla yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura mayın 11-də “Qarabağ”– “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti