Bak. Trend:
Azərbaycan Basketbol Liqasında final seriyasının dördüncü oyunu baş tutub
Trend xəbər verir ki, final mərhələsinin növbəti qarşılaşmasında “Neftçi” və “Sabah” komandaları üz-üzə gəlib. Bakı İdman Sarayında keçirilən oyunda “ağ-qaralar” rəqibini 84:66 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra seriyada hesab bərabərləşib – 2:2.
Həlledici beşinci oyun mayın 11-də keçiriləcək.
Qeyd edək ki, final seriyasında dörd qələbə qazanan komanda Azərbaycan çempionu olacaq və qızıl medallara sahib çıxacaq.