...

Böyükşor-Pirşağı avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 8 May 2025 16:02 (UTC +04:00)
Böyükşor-Pirşağı avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Böyükşor-Pirşağı yeni avtomobil yolunun 1,3-cü km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması 10 may tarixində səhər saat 09:00-dan başlayaraq bir neçə saat ərzində qüvvədə olacaq.

"Hərəkətin məhdudlaşdırılması ilə əlaqədar olaraq ərazidə sürücülərə alternativ yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə, yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, - deyə məlumatda qeyd edilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti